AZ

"Barselona"nın ulduzu Kataloniya nəhəngində qalıb-qalmayacağına qərar verdi - SON DURUM

"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo növbəti transfer pəncərəsində klubdan ayrılmağı planlaşdırmır. 

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Alfredo Martines məlumat yayıb. 

Uruqvaylı futbolçu hazırda kataloniyalıların start heyətində daimi yer almır. Son zamanlar o, daha çox əvəzetmədən meydana çıxmağa başlayıb.

Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu təslim olmur və yenə də komandanın əsas heyət oyunçusu ola biləcəyinə əmindir. Mərkəz müdafiəçisi yaxın gələcəkdə başqa bir kluba keçməyi planlaşdırmır. Həmçinin qeyd olunub ki, Arauxo qarşıdan gələn dünya çempionatını karyerasına yenidən başlamaq və optimal formasını bərpa etmək üçün bir fürsət kimi görür.

Ronald 2025/26 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 35 oyunda iştirak edib və 4 qol vurub.

Mirağa

Seçilən
21
1
fanat.az

2Mənbələr