ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyada episentri Cənubi Tokaçi bölgəsi olan 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) yerli vaxtla saat 05:23-də episentri Hokkaydo əyalətinin Cənubi Takaiçi bölgəsi olan 6.2 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
80 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami təhlükəsinin yaranmadığı bildirilib.Hadisə nəticəsində ciddi dağıntı və ya insan tələfatı barədə hələlik məlumat verilməyib.
Mütəxəssislər bölgədə afterşokların (təkrar zəlzələlərin) mümkün olduğunu qeyd edərək əhalini ehtiyatlı olmağa çağırır.
Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxladıqlarını və monitorinq işlərinin davam etdiyini açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.