AZ

Yamal ayın ən yaxşı oyunçusu mükafatına görə Ronaldonu keçdi


“Barselona”nın cinah hücumçusu Lamin Yamal La Liqada dördüncü dəfə ayın ən yaxşı oyunçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici ilə o, “Real Madrid”in keçmiş hücumçusu Kriştianu Ronaldonu geridə qoyub.
Belə ki, Ronaldo bu mükafatı üç dəfə əldə edib.
Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabrında, eləcə də 2026-cı ilin aprelində La Liqanın ən yaxşı oyunçusu olub. Ronaldo isə bu mükafatı 2013-cü ilin noyabrında, 2015-ci ilin may ayında, həmçinin, 2017-ci ilin may ayında qazanıb.
Qeyd edək lki, Ronaldo 2009-cu ildən 2018-ci ilə qədər “Real Madrid”də çıxış edib.
Seçilən
51
1
yeniavaz.com

2Mənbələr