Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Mövcud modeldə (2019–2026) xarici dil imtahanı 30 tapşırıqdan ibarətdir: 23 qapalı və 7 açıq tipli sual.
SİA xəbər verir ki, dinləyib-anlama bölməsi 6 tapşırıqla (3 qapalı, 3 açıq), oxuyub-anlama 8 tapşırıqla (4 qapalı, 4 açıq), qrammatika isə 16 test tapşırığı ilə qiymətləndirilir. Yazı bacarığı isə açıq suallar vasitəsilə yoxlanılır.
Yeni modeldə isə açıq tipli tapşırıqların sayı azaldılır, lakin yazı bacarığı ayrıca və daha fokuslanmış şəkildə 1 tapşırıqla ölçülür. Digər tərəfdən, dinləyib-anlama və oxuyub-anlama bölmələrində strukturlaşdırılmış yanaşma tətbiq olunur.
Dəyişikliklərin əsas məqsədi qiymətləndirməni daha dəqiq, sistemli və beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.