AZ

Gələn il xarici dil imtahanı necə olacaq? -DETALLAR

2027-ci ildən başlayaraq tam orta təhsil səviyyəsində xarici dillər üzrə imtahan modelində dəyişikliklər ediləcək.

Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyevanın məlumatına görə, yeni modelə əsasən imtahan 26 tapşırıqdan ibarət olacaq. Bunlardan 25-i test (qapalı tipli), 1-i isə yazı işi olacaq.

Yeni struktura görə:

  • Dinləyib-anlama bölməsində 4 test tapşırığı olacaq.
  • Oxu bacarığı 8 testlə (2 hissə üzrə) yoxlanılacaq.
  • Qrammatika üzrə 13 test tapşırığı veriləcək.
  • Yazı bacarığı isə 1 tapşırıqla qiymətləndiriləcək və şagirdlərdən verilən mövzu əsasında öz fikirlərini əsaslandıraraq yazı yazmaları tələb olunacaq.

Əvvəlki (2019–2026) modeldən fərqli olaraq, tapşırıqların ümumi sayı 30-dan 26-ya endirilir, açıq tipli sualların sayı azalır və yazı işi ayrıca vahid tapşırıq kimi qalır.

Seçilən
4
redaktor.az

1Mənbələr