AZ

“Əlilliyi olan şəxslərin xidmətlərə əlçatanlığı artırılıb” - Zülfiyyə Nuriyeva


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Tibbi Ekspertiza Agentliyinin elektron xidmətlər sistemi və əlilliyi olan şəxslər üçün yaradılan yeni imkanlar barədə açıqlama verilib. “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İB-nin İctimai Şura üzvü Zülfiyyə Nuriyeva QHT.az-a bildirib ki, həyata keçirilən yeniliklər əlilliyi olan şəxslərin xidmətlərə əlçatanlığını artırır və proseslərin daha şəffaf və operativ aparılmasına şərait yaradır.

O bildirib ki, “ümumilikdə nazirliyin elektron sistemi üzərindən əlilliyi olan şəxslərin xidmətlərə əlçatanlığı, operativliyi və növbəliliyi təmin edən sistem yaradılıb, əlilliyi olan insanlar onlayn qaydada müraciət edib növbəyə dayana bilir və növbəlilik tam şəffaf şəkildə təmin olunur.Bu həm əlilliyi olan şəxslər üçün çox yaxşı göstəricidir, həm də xidmət göstərən tərəf üçün əlverişlidir, çünki növbəli şəkildə hər kəsə xidmət göstərmək mümkün olur

Zülfiyyə Nuriyeva : "Müalicə müddəti tələb olunmayan xəstəliklər üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin sayının 5-dən 73-ə çatdırılması əlillik sahəsində daha dəqiq diaqnozların qoyulmasına və vətəndaşların vaxt itirmədən operativ şəkildə göndəriş almasına şərait yaradır”.

Onun sözlərinə görə, bu dəyişikliklər həssas qrupların sosial və psixoloji vəziyyətinin sabit qalmasına, xidmətlərin əlçatanlığına və ümumilikdə xidmət keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir.

Zəhra Ağayeva

Seçilən
27
qht.az

1Mənbələr