AZ

Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək - Şagirdlərə şad xəbər

“2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur”.


Manset.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. 

O bildirib ki, imtahanda tapşırıq sayı azaldılacaq və yazı bacarığı ayrıca qiymətləndiriləcək.

Seçilən
0
20
manset.az

10Mənbələr