AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 11​-ci Delfi İqtisadi Forumunun tərəfdaşı kimi iştirak edib (FOTO)

Bakı. Trend:

22​-25 aprel 2026-cı il tarixlərində Yunanıstanın Delfişəhərində keçirilən 11-ci Delfi İqtisadi Forumu geosiyasiparçalanma, iqlim riskləri və rəqəmsal dövrün yaratdığı yenireallıqlar fonunda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsrolunmuş qlobal platforma kimi dünya liderlərini, siyasətçiləri vəekspertləri bir araya gətirib.

Bu barədə Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumatverilib.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi forumuntərəfdaşlarından biri qismində tədbirdə geniş tərkibdə təmsilolunub.

Forumda Mərkəzi BMT Baş Assambleyasının 75-ci sessiyasınınPrezidenti Volkan Bozkır, BMT Baş Assambleyasının 73-cüsessiyasının Prezidenti Maria Fernanda Espinosa, Belçikanın sabiqBaş naziri İv Leterme, İsrailin sabiq xarici işlər naziri TzipiLivni, Avropa Şurasının sabiq Prezidenti Şarl Mişel, Ərəb Liqasınınsabiq Baş katibi Əmr Musa və Bolqarıstanın sabiq Baş naziri KirilPetkov təmsil ediblər.

Forum çərçivəsində Mərkəzin üzvləri müxtəlif yüksək səviyyəlipanel və müzakirələrdə iştirak edərək qlobal gündəliyin əsasmövzularına dair fikir mübadiləsi aparıblar. Bu müzakirələrdəAvropanın gələcəyi və yeni əməkdaşlıq modelləri, beynəlxalqtəhlükəsizlik və geosiyasi balans, Yaxın Şərqdə davam edənproseslər, çoxtərəfli institutların rolu, o cümlədən BMT-nin yenidünya nizamındakı əhəmiyyəti, qlobal iqtisadi transformasiyalar vərəqəmsal dövrdə dövlətlərin mövqeyi kimi aktual məsələlər genişşəkildə müzakirə olunub.

Eyni zamanda, forum çərçivəsində keçirilən xüsusi sessiyalardaAvropanın strateji dayanıqlığı, qlobal parçalanma fonundabeynəlxalq münasibətlərin gələcəyi, eləcə də sülh və təhlükəsizlikməsələləri ətrafında müzakirələrə Mərkəzin üzvləri töhfəveriblər.

Tədbir çərçivəsində​ Mərkəzin Baş katibi bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Bosniya vəHerseqovina Rəyasət Heyətinin üzvü Z​eljka Cviyanoviç, Yunanıstanınxarici işlər nazirinin müavini Aleksandra Papadopulu,Kral FaysalAraşdırmalar Mərkəzinin rəhbəri Şahzadə Turki Əl Faysal və AvsopaKomissiyasının sabiq üzvü və İtaliyanın sabiq Baş naziri PaoloCentilioni ilə qlobal çağırışlar, qarşılıqlı əməkdaşlıq imkanlarıvə Mərkəzin gələcək fəaliyyət istiqamətləri ətrafında fikirmübadiləsi aparılıb.

Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Seçilən
45
az.trend.az

1Mənbələr