Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Mərkəzi Gömrük Hospitalında infeksiyaların qarşısının alınması və təhlükəsiz tibbi mühitin təmin olunması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Bu çərçivədə hospitalda “Əl gigiyenası və fərdi qoruyucu vasitələrin düzgün istifadəsi” mövzusunda növbəti təlim keçirilib.
Təlim Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva tərəfindən həyata keçirilib və iştirakçılara mövzu üzrə ətraflı izahlar verilib, praktiki nümunələr əsasında düzgün yanaşmalar nümayiş etdirilib və bu istiqamətdə mütəmadi maarifləndirmə işi aparılıb.
Təlimin əsas məqsədi tibb işçiləri arasında infeksiyaların yayılmasının qarşısının alınması, gigiyenik davranışların təkmilləşdirilməsi və fərdi qoruyucu vasitələrdən düzgün istifadə vərdişlərinin formalaşdırılmasıdır.
Tədbirdə hospitalın müxtəlif şöbələrində fəaliyyət göstərən tibb bacıları fəal iştirak ediblər.
Qeyd edək ki, bu təlimlər həftədə iki dəfə olmaqla davamlı şəkildə keçirilir və infeksiyaya nəzarət sahəsində 5 əsas istiqaməti əhatə edir. Bu istiqamətlərə əl gigiyenası, fərdi qoruyucu vasitələrin düzgün seçimi və istifadəsi, sterilizasiya və dezinfeksiya qaydaları, xəstəxanadaxili infeksiyaların profilaktikası, həmçinin təhlükəsiz iş mühitinin təşkili kimi vacib mövzular daxildir.
Praktiki və interaktiv formada təşkil olunan təlimlər zamanı iştirakçılara real klinik situasiyalar üzərindən izahlar verilir, düzgün və yanlış yanaşmalar müqayisəli şəkildə təqdim olunur. Bu isə tibb işçilərinin bilik və bacarıqlarının daha da möhkəmlənməsinə şərait yaradır.
Mərkəzi Gömrük Hospitalı bundan sonra da müasir tibbi standartlara uyğun olaraq personalın peşəkar inkişafını dəstəkləyən, infeksiyaya nəzarət və pasiyent təhlükəsizliyini prioritet hesab edən bu kimi təlimlərin təşkilini davam etdirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.