AZ

Netanyahuya qarşı yeni cəbhə

Keçmiş İsrail Baş naziri Naftali Bennett əsas müxalifət lideri Yair Lapid ilə birlikdə qurduqları “Birlikdə Partiyası” altında seçkilərə qatılacaqlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Bennett bildirib ki, oktyabr ayında keçirilməsi planlaşdırılan ümumi seçkilərə Lapid ilə birlikdə yeni yaradılan “Birlikdə Partiyası”nın vahid siyahısı ilə qatılacaqlar. 

Onlar bu barədə Herzliya şəhərində təşkil olunan birgə mətbuat konfransında məlumat veriblər. Yeni partiyanın liderliyini Bennett öz üzərinə götürəcək. O, 2021-ci ildə Lapid ilə qurduğu koalisiya vasitəsilə uzun illər hakimiyyətdə olan Binyamin Netanyahu hökumətinə son qoymuşdu. 

Bennett çıxışında bildirib: “Bu gecə mənim liderliyim altında birləşərək böyük qələbəyə və ölkəmiz üçün yeni bir dövrün başlanğıcına yol açacaq ‘Birlikdə Partiyası’nı qururuq”. 

Fərqli mövqelərə malik olmalarına baxmayaraq, Bennett qeyd edib ki, Lapid ilə qurduqları bu seçki ittifaqı İsraildə parçalanma dövrünün başa çatdığına dair mesaj verir. O, 2021-ci ildə birlikdə formalaşdırdıqları koalisiya hökumətinin uğurlarını yenidən təkrarlamağı hədəflədiklərini vurğulayıb. 

Bennett, həmçinin bildirib ki, hazırkı hökumətin qəbul etmədiyi 7 oktyabr 2023 hadisələrinin məsuliyyətinin araşdırılması üçün dövlət səviyyəsində istintaq komissiyası yaradılacaq. 

Bununla yanaşı, hərbi xidmətdən azad olunan ultra-ortodoks yəhudilərə (Haredi) ayrılan maliyyə vəsaitlərinin dayandırılması və baş nazirin vəzifədə qalma müddətinin məhdudlaşdırılması ilə bağlı qanun qəbul ediləcək. Lapid isə seçkilərdə qalib gəlmək üçün mərkəzçi partiyaları Bennettin ətrafında birləşməyə çağırıb. 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr