AZ

Bakıda 3 ayda 21 piyadanı maşın vuraraq öldürüb

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub.

 

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

 

Nəticədə 21 piyada ölüb, 24-ü isə xəsarət alıb.

 

Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər.

Tarix: 27 Aprel 2026, 14:32   
Seçilən
12
1
pravda.az

6Mənbələr