ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabag" uzun müddətdir axtarışında olduğu hücumçunu Portuqaliyada tapıb. Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin heyətinə keçməyə ən real namizədlərdən biri Portuqaliyanın ikinci liqasında çıxış edən "Maritimu"nun ispaniyalı forvardı Adrian Butskedir. Onun klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, cari mövsüm 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Qeyd edək ki, mərkəz hücumçusu mövqeyində çıxış edən Butske daha əvvəl "Qranada", "Pasuş de Ferreyra", "Vitoriya Gimaraynş", "Nasyonal" və "Mirandes" kimi klublarda oynayıb.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.