AZ

Lerikdə yük maşını dərəyə aşıb, sürücü ölüb

Lerik, 27 aprel, AZƏRTAC

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.

Astara rayonunun Motlayataq kənd sakini, 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadə idarə etdiyi QAZ-66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Ağır xəsarət alan sürücü yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - İlkin Adıyev
Seçilən
9
20
azertag.az

10Mənbələr