Zaqatala rayonunda 72 yaşlı qadın ehtiyatsızlıqdan ölüb.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Yolayrıcı kəndində baş verib.
Kənd sakini 1954-cü il təvəllüdlü Hürü Nurəddin qızı Əmirova yaşadığı evdən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb (oxu.az).