Bakı.Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası artıqqanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı olduğuhalda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasınınyolverilməzliyinə dair mühüm qərar qəbul edib. Qərar məhkəmətəcrübəsinin vahidliyinin təmin olunmasına yönəlib.
Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, iş materiallarına əsasən, yol-nəqliyyat hadisəsinəticəsində zərərçəkmiş şəxsə 17.500 manat maddi və 4.000 manatmənəvi ziyanın, ümumilikdə 21.500 manatın ödənilməsi barədə məhkəməqərarı çıxarılıb. Qərar qismən icra edilsə də, 20.250 manatməbləğində borc ödənilməmiş qalıb. Daha sonra həm borclu, həm dəzərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varislərimüəyyənləşib.
Zərərçəkmiş şəxsin hüquqi varisi qalan məbləğin tutulması üçünmüraciət etsə də, icra mərhələsində vərəsəlik məsələlərinin tamrəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verib.Bundan sonra varis eyni tələb üzrə yenidən məhkəməyə iddia qaldırıbvə aşağı instansiya məhkəmələri iddianı təmin edib.
Ali Məhkəmə isə işə baxarkən qeyd edib ki, məhkəməyə müraciəthüququ mövcud olsa da, bu hüquq yalnız qanunla müəyyən edilmişprosessual çərçivədə həyata keçirilə bilər. Qərarda vurğulanıb ki,qanuni qüvvəyə minmiş məhkəmə aktları təkrar mübahisə predmeti olabilməz və onların icrası təmin olunmalıdır.
Məhkəmə həmçinin bildirib ki, icra mərhələsində tərəflərinvəfatı halında onların hüquqi varislərinin icra icraatına cəlbedilməsi “İcra haqqında” Qanunun tələbinə uyğundur. Vərəsəlikşəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halındaməsuliyyətdən azad etmir.
Ali Məhkəmə belə qənaətə gəlib ki, mövcud qərarın icrası təminolunmadan eyni tələb üzrə yeni iddia qaldırılması qanunvericiliyəziddir və bu kimi mübahisələr icra mexanizmi çərçivəsində həlledilməlidir.
Nəticədə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsininqətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədəyeni qərar qəbul edib.