AZ

Futbol ulduzu sərxoş vəziyyətdə yaxalandı VİDEO

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Everton" klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Mançester şəhərindəki barların birinin damında yuxuya getmiş halda görüntülənib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri yazıb.

Mənbənin məlumatına görə, futbolçunun bu vəziyyətə düşməsinə səbəb dostları ilə istirahət zamanı həddindən artıq spirtli içki qəbul etməsi olub. Şahidlər bildirirlər ki, dostları 30 yaşlı futbolçunu özünə gətirmək üçün çox səy göstərməli olublar.

Hazırda Qriliş fevral ayında keçirdiyi ayaq əməliyyatından sonra reabilitasiya mərhələsindədir. Zədə səbəbindən o, ehtimal ki, cari mövsümün qalan hissəsini buraxmaq məcburiyyətində qalacaq və məşqçilər heyəti tərəfindən qarşıdan gələn 2026-cı il dünya çempionatı üçün nəzərdən keçirilmir.

2023-cü ildə Qriliş "Mançester Siti"nin tərkibində klub tarixində ilk trebl qazanıb, İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını udub. O, İngiltərə millisi tərkibində 35 oyun keçirib və 2020-ci il Avropa Çempionatının gümüş medalçısı olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr