Aktual.az xəbər verir ki, bunu İran Neft Məhsulları İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni deyib.
"Neftin real qiyməti baza dərəcəsindən yüksəkdir və İran-ABŞ danışıqları, dəniz blokadası və Hörmüz boğazındakı vəziyyət kimi siyasi hadisələrin təsiri altında dəyişir”, - o bildirib.
Hüseyni məhdudiyyətlərin davam edəcəyi təqdirdə neftin qiymətinin 150 dolları keçəcəyini söyləyib:
"Hətta müharibənin sonu və marşrutların yenidən açılması ilə belə normal vəziyyətə qayıtmaq üçün vaxt lazım olacaq və qiymətlərin 80 dollardan aşağı düşməsi ehtimalı azdır”.