Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, iclasın gündəliyinə MSK sədri, onun müavini və katiblərinin seçilməsi daxil edilib.
İclasda iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova MSK-nın yeni tərkibə seçilən namizədlərini təbrik edib.
O bildirib ki, ötən dövrdə MSK Seçki Məcəlləsinə əsasən öhdəliklərini uğurla həyata keçirib.
"Cebheinfo.az"