Almaniya kansleri Fridrix Merz ABŞ-ın İrandakı müharibəni qısa müddətdə bitirə biləcəyinə inanmadığını bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, İran tərəfi gözləniləndən daha güclüdür və ABŞ-ın danışıqlar prosesində kifayət qədər inandırıcı strategiyası yoxdur.
Merz bu fikirləri Avropa Birliyi Layihə Günü çərçivəsində Şimali Reyn-Vestfaliya əyalətinin Marsberq şəhərində yerləşən Karolus-Maqnus Liseyində şagirdlərlə görüşü zamanı səsləndirib.
O qeyd edib ki, hazırkı şərtlər ABŞ-ın münaqişəni tez bir zamanda həll etməsinə imkan vermir və sülh danışıqları üçün konkret və effektiv planın mövcudluğu sual altındadır.
Aytən Yaşar/ Turkustan.az