AZ

Putin İranla bağlı şok açıqlama verdi: Biz hər şeyi edəcəyik!

Müharibənin 59-cu günündə danışıqlarla bağlı qeyri-müəyyənlik davam edərkən, Rusiya Prezidenti Vladimir Putin diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, Rusiya İranın və region ölkələrinin maraqlarını nəzərə alaraq hərəkət edəcək: “Rusiya İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun olan hər şeyi edəcək”.
Putin çıxışında İran xalqına da toxunaraq onların suverenlik uğrunda mübarizəsini yüksək qiymətləndirib. “İran xalqı suverenliyini qorumaq üçün cəsarət və qəhrəmanlıq göstərir”, – deyə o bildirib və ölkənin bu çətin mərhələni geridə qoyacağına, sülhün bərqərar olacağına ümid etdiyini vurğulayıb.

Rusiya lideri eyni zamanda İran rəhbərliyindən mesaj aldığını da açıqlayıb. Onun sözlərinə görə, ən xoş arzularını İranın xarici işlər naziri Abbas Əraqçi vasitəsilə çatdırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
turkustan.az

1Mənbələr