AZ

Dövlət Məşğulluq Agentliyinin sədri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 27 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun cari il mayın 8-də Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.

Bu barədə AZƏRTAC-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Masallı rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.

Qəbula yazılmaq üçün Masallı rayon sakinləri mayın 4-ü saat 14:00-dək 050-309-43-64 telefon nömrəsinə zəng edə və ya https://dma.gov.az/ elektron poçt ünvanına məktub göndərə bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.

Qəbul mayın 8-i saat 11:00-dan etibarən Masallı şəhəri, Qarabağ küçəsi 17 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Seçilən
1
azertag.az

1Mənbələr