AZ

Fridrix Mers Ukraynanın Aİ-yə sürətli üzvlüyünü istisnaETDİ

Almaniya kansleri Fridrix Mers Ukraynanın Avropa İttifaqına sürətli daxil olmasının qeyri-mümkün olduğunu bəyan edib və 2028-ci ilin yanvar ayını bunun üçün qeyri-real müddət adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hökumət başçısı qeyd edib ki, Ukrayna müharibə vəziyyətində olduğu müddətcə bloka qoşula bilməz və ilk növbədə qanunun aliliyi, habelə korrupsiya ilə mübarizəyə dair sərt meyarları yerinə yetirməlidir. "Zelenskinin 1 yanvar 2027-ci ildə Aİ-yə daxil olmaq ideyası var idi. Bu, işə yaramayacaq. Hətta 1 yanvar 2028-ci il də qeyri-real müddətdir", - deyə Mers Marsberqdə şagirdlərlə diskussiya zamanı bildirib. 

Eyni zamanda, Almaniya kansleri Ukrayna üçün Aİ institutlarında müşahidəçi statusu kimi aralıq addımlar təklif edib. Onun sözlərinə görə, bu təklif keçən həftə Kiprdə keçirilən və Zelenskinin də iştirak etdiyi sammitdə Avropa liderləri tərəfindən geniş dəstək alıb.

Xədicə BAXIŞLI

Seçilən
30
4
redaktor.az

10Mənbələr