AZ

Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq

Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bunu bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində Çex Respublikasının Baş naziri Andrey Babiş APA İnformasiya Agentliyi, Azərbaycan Televiziyası və APA TV-yə müsahibəsində deyib.

Baş nazir bu məsələni Azərbaycan Prezidenti ilə müzakirə etdiklərini və layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib.

“Bu ərazilərdə investisiya imkanlarını araşdırmaq niyyətindəyik”, deyə Andrey Babiş vurğulayıb.

Çex Respublikasının Baş naziri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb.

O qeyd edib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi Çexiyanı sevindirir: “Bu proses bizi sevindirir. Münasibətlərin normallaşması və regionda gərginliyin azalması müsbət haldır və biz bunu dəstəkləyirik”.

Poliqon.info

Seçilən
0
3
poliqon.info

4Mənbələr