AZ

AFFA bu stadionu yenidən “abıra salır” - FOTOLAR

Mərdəkanda yerləşən və AFFA-nın balansında olan “Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.

Sportinjfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.

Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Seçilən
15
50
sportinfo.az

10Mənbələr