AZ

Premyer Liqa: “Sabah” addım-addım çempionluğa doğru

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son matçında “Sabah” komandası “Karvan-Yevlax”la qarşılaşıb. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Bayquşlar” 72 xalla turnir cədvəlinə başçılıq edir.

Bakı təmsilçisinin ən yaxın izləyicisi “Qarabağ”ın 59 xalı var.

Yevlax klubu isə 14 xalla sonuncu - 12-ci yerdədir.

Günün ilk görüşündə “Turan Tovuz” komandası “Zirə”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun daha əvvəl reallaşan matçlarında “Sumqayıt” “İmişli”ni (2:0), “Şamaxı” “Kəpəz”i (2:0), “Qarabağ” “Neftçi”ni (5:1) üstələyib. “Qəbələ” – “Araz-Naxçıvan” oyunu heç-heçə başa çatıb - 1:1.

Seçilən
13
1
azertag.az

2Mənbələr