NATO, ABŞ və Avropa ölkələri arasında artan gərginlik fonunda hər il keçirilən ali səviyyəli sammitlərdən imtina etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, alyans son vaxtlar formalaşmış illik sammit təcrübəsini dayandırmağı nəzərdən keçirir.
Bu addımın əsas səbəbi kimi, ABŞ Prezidenti Donald Trampın prezidentlik müddətinin son ilində onunla baş tuta biləcək potensial gərgin görüşdən qaçmaq istəyi göstərilir. Bildirilir ki, alyans daxilində ali səviyyəli sammitlərin əvvəlki formatına — yəni orta hesabla iki ildə bir dəfə keçirilməsi qaydasına qayıtmaq imkanları müzakirə olunur.
Xədicə BAXIŞLI