NATO ABŞ və Avropa ölkələri arasında gərginliyin artması fonunda illik yüksək səviyyəli sammitlərdən imtina etmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“NATO səlahiyyət müddətinin son ilində ABŞ Prezidenti Donald Trampla potensial gərgin görüşdən qaçmaq ümidi ilə son illik sammit görüşlərindən imtina etməyi düşünür”, – məlumatda deyilir.