AZ

"Sabah" Premyer Liqada növbəti qələbəsini qazandı

"Sabah" komandası növbəti qələbəsini qazanıb. Metbuat.az-ın məlumatına görə, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib."Bank Respublika Arena"da reallaşan qarşılaşma 2:0 hesabı ilə bitib.49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görüb.Günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - 1:1.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.

Seçilən
6
2
metbuat.az

10Mənbələr