AZ

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə İranın üçmərhələli danışıqlar aparmaq təklifini müzakirə edib.Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı məlumat verib.“Təsdiq edə bilərəm ki, prezident bu səhər öz milli təhlükəsizlik komandası ilə görüşüb... Təklif müzakirə olunub”, — deyə Levitt bildirib.

 

"Axios" nəşri yazır ki, İran vasitəçilər vasitəsilə ABŞ-a müharibənin dayandırılması və Hörmüz boğazının açılması formulunu təklif edib. Bununla belə, Tehran öz nüvə proqramının müzakirəsini sonraya saxlamaq istəyir.

"Al Mayadeen"in məlumatına görə, təklif olunan “üçpilləli nizamlanma planı” ilk növbədə döyüşlərin dayandırılmasını və boğazın gələcəyinin müzakirəsini nəzərdə tutur. İranın nüvə məsələsinə isə yalnız bu məsələlər üzrə razılıq əldə olunduqdan sonra keçid ediləcək.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
50
bizim.media

10Mənbələr