AZ

CNN: ABŞ və İran münaqişədən əvvəlki status-kvoya qayıtmağı müzakirə edir

CNN: ABŞ və İran münaqişədən əvvəlki status-kvoya qayıtmağı müzakirə edir

CNN teleşirkətinin məlumatına görə, ABŞ və İran arasında potensial sülh sazişinin ilk mərhələsi tərəflərin münaqişə başlamazdan əvvəlki mövqelərinə qayıtması ola bilər.

AFN.az-ın xəbərinə görə, kanalın mənbələri bildirir ki, ikinci raund danışıqlar hələ baş tutmasa da, pərdəarxası diplomatik işlər intensiv şəkildə davam edir. Hazırda əsas diqqət Hörmüz boğazından azad keçidin bərpasına və hərbi qüvvələrin əvvəlki mövqelərinə çəkilməsinə yönəlib.

Məlumata görə, İranın nüvə proqramı məsələsinin daha sonrakı mərhələlərdə müzakirə olunacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, ilk növbədə hərbi gərginliyin azaldılması etimad quruculuğu üçün zəruridir.

Xatırladaq ki, aprelin 11-də İslamabadda vitse-prezident Cey Di Vens və İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın iştirakı ilə keçirilən danışıqlarda uzunmüddətli tənzimləmə üzrə razılıq əldə olunmamışdı.

Lakin vasitəçilərin tərəflərə təzyiqi artırması növbəti bir neçə günü danışıqlar prosesi üçün həlledici edə bilər. Ağ Ev və Tehranın rəsmi nümayəndələri hələlik CNN-in yaydığı bu detallarla bağlı rəsmi şərh verməyiblər.

Seçilən
2
50
afn.az

10Mənbələr