AZ

Bax, bu, “Neftçi”nin adına yaraşdı! - Həmin olayın VİDEOsu

Premyer Liqanın son 5 turunda məğlub olmayan “Neftçi”nin uğurlu seriyası qırıldı.

Əzəli və prinsipial rəqib “Qarabağ” bakılılara nəfəs almağa imkan vermədi – 5:1.

Doğma meydanda darmadağın baxmayaraq, “Neftçi” azarkeşləri 90 dəqiqə susmaq bilmədən sevimli komandanı dəstəklədi.

Oyun başa çatandan sonra isə əsl azarkeşin adına yaraşacaq addımla diqqət çəkdilər.

Belə ki, futbolçular komanda halında “Forza Neftçi”nin yer aldığı tribunanın önünə gəlib nəticəyə görə bir növ üzr istədilər.

Fanatlar da öz növbəsində “Hamımız birlikdə, çiyin-çiyinə” şüarını səsləndirməklə ağır yenilgiyə baxmayaraq, komandanın yanında olduqlarını göstərdilər.

HƏBİB / SPORTİNFO.AZ

Hər imkanda rast gələ bilməyəcəyimiz görüntüləri təqdim edirik

Seçilən
0
50
sportinfo.az

10Mənbələr