AZ

Bu telefonlarda "WhatsApp" işləməyəcək — SİYAHI

“WhatsApp” bəzi köhnə smartfonlarda fəaliyyətini dayandırmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, 2026-cı il sentyabrın 8-dən etibarən tətbiq Android 6.0-dan aşağı sistemlə işləyən telefonlarda dəstəklənməyəcək.

Bu qərar daha çox Android 5.0 və 5.1 versiyalı cihaz sahiblərinə təsir edəcək. Həmin telefonlarda “WhatsApp” açılmaya, mesaj göndərmək və qəbul etmək mümkün olmaya bilər.

Şirkət bunu təhlükəsizlik və texniki səbəblərlə izah edir. Bildirilir ki, yeni şifrələmə sistemi və müasir funksiyalar köhnə əməliyyat sistemlərində sabit işləmir. Bu isə həm tətbiqin sürətini azaldır, həm də kiberhücum riskini artırır.

İstifadəçilərə vacib yazışmaları və faylları əvvəlcədən ehtiyat nüsxəyə köçürmək tövsiyə olunur. Bunun üçün Google Drive üzərindən “backup” yaratmaq mümkündür.

Telefonun proqram təminatını yeniləmək mümkün deyilsə, “WhatsApp”dan istifadəni davam etdirmək üçün daha yeni model cihaza keçmək lazım gələcək.

“iPhone” istifadəçiləri üçün isə ciddi məhdudiyyət gözlənilmir. iOS 15.1 və daha yeni versiya ilə işləyən cihazlarda tətbiq normal fəaliyyətini davam etdirəcək.

 

Musavat.com

Seçilən
0
7
musavat.com

10Mənbələr