AZ

“Hizbullah” İsraillə dialoqa getməkdən imtina edib

ain.az, Ayna saytına istinadən bildirir.

“Birbaşa danışıqlar başlamazdan əvvəl İsrail hücumları dayandırmalı, qoşunlarını Livandan çıxarmalı və məhbusları azad etməlidir”

“Hizbullah” lideri Naim Qasım hərəkatın hazırda İsrail ilə birbaşa danışıqları qəti şəkildə rədd etdiyini və silahı yerə qoymaq niyyətində olmadığını bəyan edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti məlumat yayıb.

"Biz İsraillə birbaşa danışıqları qəti şəkildə rədd edirik və hakimiyyətdə olanlar başa düşməlidirlər ki, onların hərəkətləri nə Livana, nə də özlərinə fayda verəcək", - deyə o bildirib.

Əlavə edib ki, birbaşa danışıqlar anlayışı “Hizbullah” üçün mövcud deyil və "onları heç bir şəkildə narahat etmir".

“Birbaşa danışıqlar başlamazdan əvvəl İsrail hücumları dayandırmalı, qoşunlarını Livandan çıxarmalı və məhbusları azad etməlidir. Bundan əlavə, məcburi köçkün Livan sakinlərinin evlərinə qayıtması və yenidənqurma işləri dialoq üçün şərtdir”, - Qasım vurğulayıb.

O əmin edib ki, “"Hizbullah” əvvəlki atəşkəs müqaviləsinin qüvvədə olduğu 2026-cı ilin mart ayından əvvəl mövcud olan status-kvoya qayıtmayacaq və müqavimətini davam etdirəcək".

Qeyd edək ki, Livan və İsrail 17 apreldə on günlük atəşkəs barədə razılığa gəliblər. Livan ordusu İsraillə münaqişədə iştirak etməyib: lakin atəşkəs razılaşmasının tərəfi olmayan “Hizbullah” döyüşə başladı.

İsrail ordusu və “Hizbullah” artıq bir-birinin mövqelərinə hücumları bərpa ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
4
ayna.az

2Mənbələr