Idman.biz saytına istinadən ain.az xəbər verir.
Azərbaycanın sərbəst güləş üzrə milli komandası qarşıdan gələn dünya çempionatında uğurlu çıxış etməyi hədəfləyir.
İdman.Biz xəbər verir ki, bunu jurnalistlərə millinin baş məşqçisi Xetaq Qazyumov bildirib.
"Komanda yarışında Avropa çempionu olduğumuz üçün çox xoşbəxtik və qürur duyuruq. Bu, bizim yaxşı əlaqələndirilmiş komanda işimizin nəticəsidir. Diqqət və dəstəyə görə Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə minnətdarlığımı bildirirəm", – deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, komanda əldə olunan nəticə ilə kifayətlənmək niyyətində deyil və tezliklə növbəti yarışa hazırlaşacaq.
"Bu nəticə ilə kifayətlənməyəcəyik. Yaxın günlərdə istirahət edib mövsümün ən vacib yarışı olan dünya çempionatına ciddi hazırlıqlara başlayacağıq. Azarkeşləri yenidən sevindirməyə çalışacağıq", – deyə Qazyumov vurğulayıb.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.