AZ

Quterreşdən Hörmüzlə bağlı çağırış

BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazı ilə bağlı çağırış edib. Metbuat.az xəbər verir ki, o, Hörmüzdə yaranan fasilələrin qlobal iqtisadiyyata ciddi təsir etdiyini bildirib. Quterreş qeyd edib ki, son dövrlərdə gəmi hərəkətində yaranan problemlər enerji təhlükəsizliyi, ticarət və ərzaq təminatını risk altına salır. O vurğulayıb ki, uzunmüddətli fasilə qlobal ərzaq böhranına səbəb ola bilər. Xüsusilə Afrika və Cənubi Asiyada milyonlarla insanın risk altında olduğu qeyd edilib. Quterreş tərəflərə çağırış edərək Hörmüz boğazının açılmasını istəyib. Onun sözlərinə görə, gəmilərin heç bir ayrı-seçkilik olmadan hərəkətinə icazə verilməlidir.

Qeyd olunub ki, bu addım qlobal ticarətin bərpası üçün vacibdir.

Seçilən
0
3
metbuat.az

4Mənbələr