AZ

“Fənərbaxça”nın yeni məşqçisinin adı bilindi

“Fənərbaxça”da yeni baş məşqçi təyin olunub. Metbuat.az xəbər verir ki, mövsümün sonuna qədər komandanı köməkçi məşqçi Zeki Murat Göle çalışdıracaq. Bu barədə klub rəsmi açıqlama yayıb. Bildirilib ki, Domeniko Tedesko ilə yollar ayrılıb. Qərarın komandanın son turda səfərdə “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətindən sonra verildiyi qeyd olunub. Klub rəhbərliyi bununla yanaşı, idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə də əməkdaşlığa son qoyub.

Rəsmi açıqlamada ayrılığın idarə heyətinin iclasında qəbul edilən qərar əsasında baş tutduğu bildirilib. Həmçinin adıçəkilən şəxslərə göstərdikləri xidmətlərə görə təşəkkür edilib.

Seçilən
0
16
metbuat.az

10Mənbələr