AZ

Asiya-Sakit Okean regionunda silahlanma sürətlənir

Asiya və Okeaniya ölkələrinin hərbi xərcləri 2025-ci ildə 8,1 faiz artaraq 681 milyard ABŞ dollarına çatıb. Bu, 2009-cu ildən bəri ən yüksək artımdır.

Anadolu Agentliyi xəbər verir ki, dünyada ikinci ən çox hərbi xərcləri olan Çin büdcəsini 336 milyard dollara qaldırıb. Çinin hərbi xərcləri ardıcıl olaraq 31 ildir ki, artır.

Hindistanın hərbi xərcləri 92,1 milyar dollara, Pakistanın hərbi xərci isə 11,9 milyard dollara yüksəlib. Artıma səbəb iki ölkə arasında 2025-ci ilin mayında baş verən qarşıdurma olub.

Bundan başqa, Yaponiya hərbi büdcəsini 62,2 milyard dollara çatdıraraq son 67 ilin ən yüksək səviyyəsinə imza atıb. 

Ekspertlər bildiriblər ki, ABŞ-nin müttəfiqləri (Yaponiya, Avstraliya, Filippin) artıq öz müdafiələri üçün daha çox pul xərcləyirlər. Çin 2035-ci ilə qədər ordusunu tam müasirləşdirməyi hədəfləyir. Digər ölkələr də buna cavab olaraq yeni nəsil raket və kəşfiyyat sistemlərinə investisiya qoyurlar.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
1
3
azerbaijan-news.az

2Mənbələr