AZ

Türk icmasından Nyu York merinə etiraz   

Nyu Yorkun meri Zohran Mamdaninin 1915-ci il hadisələri və Qarabağla bağlı sosial mediada paylaşdığı ittihamlar Türk-Amerika icmasının ciddi narazılığına səbəb olub.

Anadolu Agentliyi xəbər verir ki, bir çox türk dərnəyinin dəstəyi ilə Nyu Yorkun məşhur Tayms Meydanında böyük etiraz aksiyası təşkil edilib. 

Meydanda üzərində türk bayrağı və tarixi həqiqətləri əks etdirən məlumatlar olan rəqəmsal ekranlı yük maşınları hərəkət edib. Aksiya iştirakçıları marşlar oxuyub, müxtəlif şüarlar səsləndiriblər. İcma üzvləri tərəfindən yayımlanan açıqlamada merin birtərəfli mövqe tutması və faktları təhrif etməsi kəskin tənqid olunub. Merə xatırladılıb ki, o, çoxmədəniyyətli bir şəhəri idarə edir və belə açıqlamalar türk icmasını hədəf göstərərək onları “yadlaşdırır”.

Xatırladaq ki, mer öz paylaşımında Azərbaycan və Türkiyəni Qarabağda ermənilərəı “hücum etməkdə” və onları “bölgədən çıxartmaqda” ittiham etmişdi. Türk-Amerika toplumu merdən yanlış anlaşılmaları dərinləşdirən çıxışlardan uzaq durmağı və tarixi faktlara hörmətlə yanaşmağı tələb edib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
1
10
azerbaijan-news.az

10Mənbələr