AZ

İlham Əliyev: “Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq” – VİDEO

“Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır”.

Editor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.

 

Dövlət başçısı Çexiya ilə hərbi-sənaye sahəsindəki əməkdaşlığın gələcək perspektivlərinə toxunaraq bildirib:

“Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgə istehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün, xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq”.

Prezident iqtisadi əlaqələrin inkişafı istiqamətində görülən işlərdən və Hökumətlərarası Komissiyanın fəaliyyətindən də danışıb:

“Həmçinin bu gün cənab baş nazirlə birgə qəbul etdiyimiz qərarlar arasında Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və Birgə Hökumətlərarası Komissiyasının iclasının təşkili də var idi. Yaxşı olardı ki, bu iclas bu il keçirilsin. Birgə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə, bir çox məsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədə xəbərdar edilməliyik, informasiya mübadiləsi aparılmalıdır, biznes ictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşı mühit təmin edilməlidir”.

Seçilən
0
3
editor.az

4Mənbələr