Almaniya Bundestaqının yüksək səviyyəli nümayəndə heyəti Şuşa və Xankəndidə olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X"də yazıb.
"Almaniya Bundestaqının yüksək səviyyəli, partiyalararası nümayəndə heyəti - Bundestaqın Almaniya-Cənubi Qafqaz Parlament Qrupunun liderləri bu gün (dünən -red) Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə əlamətdar səfər ediblər", - səfir bildirib.