AZ

Ağ Evdə Kralı qonaq etdilər Fotolar Video

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp Vaşinqtonda Ağ Evdə rəsmi səfərdə olan Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanı dövlət mərasimi ilə qarşılayıblar.

“Qafqazinfo” xəbər verir ki, səfər Trampın ikinci prezidentlik dövründə ilk irimiqyaslı dövlət qonaqlığı kimi qiymətləndirilir.

Kral ailəsinin Ağ Evə gəlişi Cənub Qapısında rəsmi hərbi mərasimlə başlayıb. Daha sonra tərəflər diplomatik gündəliyin ilkin müzakirəsi üçün ənənəvi çay süfrəsində bir araya gəliblər.

Ağ Evdə keçirilən ilk görüşdə tərəflərin ABŞ-Böyük Britaniya münasibətləri, qlobal təhlükəsizlik və strateji əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirilir. Görüşün səmimi atmosferdə keçdiyi qeyd olunur.

Daha sonra Tramp cütlüyü Kral ailəsinə Ağ Evin həyətində yaradılmış Ağ Ev formasındakı arı yeşiyini göstəriblər.

Kral III Çarlz və Kraliça Kamillanın ABŞ-yə dörd günlük səfəri geniş proqramla davam edəcək. Planlaşdırılan tədbirlər arasında Ağ Evdə rəsmi dövlət şam yeməyi, Cənub bağında hərbi protokol mərasimi, Nyu-Yorkda 11 Sentyabr Memorialına ziyarət, Virciniyada tarixi anım tədbirləri yer alır.

Vaşinqtonda səfərlə əlaqədar təhlükəsizlik rejimi gücləndirilib. Ağ Ev və rəsmi karvan marşrutu boyunca əlavə nəzarət tədbirlərinin görüldüyü bildirilir.

ABŞ mediası səfəri “Vaşinqton-London xəttində xüsusi münasibətin təsdiqi” kimi dəyərləndirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
31
qafqazinfo.az

10Mənbələr