Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı başa çatıb.
Xəbər verilir ki, Azərbaycan millisi son gündə 3 gümüş və 3 bürünc medal qazanıb.
Sadiq Məmmədov (-73 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) ikinci yeri tutublar.
Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi -81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc mükafat əldə ediblər.