AZ

Avropada süni meşələr quşların sağ qalmasına kömək edir

Tədqiqatçılar topal və digər sürətlə böyüyən ağac plantasiyalarının ekoloji rolunu açıqlayıb...

Avropada sənaye məqsədilə əkilən süni meşələrin gözlənilmədən ekosistem üçün faydalı olduğu müəyyən edilib.

Poliqon xəbər verir ki, bu barədə Landscape Ecology jurnalında dərc olunan araşdırmada bildirilir. Tədqiqat nəticələrinə görə, topal və digər sürətlə böyüyən ağacların plantasiyaları meşə quşlarının kənd təsərrüfatı ərazilərində daha təhlükəsiz hərəkət etməsinə şərait yaradır.

Mütəxəssislər müəyyən ediblər ki, bu cür plantasiyalar insan fəaliyyəti nəticəsində dəyişmiş regionlarda quşlar üçün “ekoloji dəhlizlər” rolunu oynayır. Araşdırma çərçivəsində İspaniya və Fransada aparılan müşahidələr quşların kənd təsərrüfatı sahələrindən necə keçdiyini daha yaxşı anlamağa imkan verib.

Qeyd olunur ki, bu plantasiyalar meşə sahələri arasında təhlükəsiz “ada”lar kimi çıxış edir. Məsələn, İspaniyada belə əkinlər təbiət mühafizə zonaları arasında əlaqənin qorunmasında mühüm rol oynayır.

Alimlərin fikrincə, uzun məsafələrə uça bilən quş növləri bu şəraitdən daha çox faydalanır. Digər növlər üçün isə plantasiyalar yalnız vəhşi meşələrə yaxın yerləşdikdə effektiv olur.

Tədqiqat müəllifləri vurğulayırlar ki, süni meşələr yalnız biokütlə mənbəyi kimi qiymətləndirilməməlidir. Onların düzgün planlaşdırılması ekosistemlərin qorunmasına real töhfə verə bilər. Bununla belə, bu plantasiyalar təbii meşələri tam əvəz edə bilmir, çünki bəzi quş növləri üçün yaşlı ağaclar və mürəkkəb meşə strukturları vacib olaraq qalır.

Poliqon.info

Seçilən
27
38
poliqon.info

10Mənbələr