AZ

Dünyada bənzəri olmayan restoran: Tullantılardan yaranan şah əsər

Hindistanın Tamil Nadu ştatında yerləşən və qeyri-adi memarlıq yanaşması ilə seçilən “Petti” restoranı müasir dizaynla ekoloji geri dönüşümün möhtəşəm vəhdətini təqdim edir. Köhnə konteynerlər və sıxılmış torpaqdan inşa edilən bu tikili, dünyada oxşarı olmayan bir layihə kimi qiymətləndirilir.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Tamil dilində “qutu” mənasını verən “Petti”, sənaye limanına yaxın ərazidə atılan konteynerlərdən ilhamlanaraq yaradılıb. “Wallmakers” studiyasının memarları bu layihə ilə tullantının necə sənət əsərinə çevrilə biləcəyini sübut ediblər.

Layihədə cəmi 12 ədəd köhnə yük konteynerindən istifadə olunub. Lakin memarlar onları sadəcə yan-yana düzməyib, uzununa kəsərək polad çərçivə içərisində zikzaq formasında yerləşdiriblər. Tikilinin ən böyük sirri isə divarların sıxılmış torpaqdan ibarət dəlikli örtüklə bürünməsidir. Bu üsul poladın istilik izolyasiyasını gücləndirərək məkanın təbii sərinliyini təmin edir.

Cəmi 439 kvadratmetr sahəsi olan restoranın əsas karkası cəmi bir həftə ərzində quraşdırılıb. Konteynerlərin şaquli (dik) yerləşdirilməsi sayəsində daxili məkanda yüksək tavanlar və geniş həcm əldə edilib. Şahmat lövhəsi düzülüşü isə həm təbii işığın içəri dolmasına, həm də mükəmməl hava axınına şərait yaradır.

Restoranın daxilində metal səthlərlə ziddiyyət təşkil edən tünd qırmızı tonlara üstünlük verilib. Diaqonal yerleşim sayəsində restoranın hər guşəsində müştərilər üçün kiçik və özəl oturma sahələri yaradılıb.

Bu layihə göstərir ki, bahalı tikinti materialları yerinə ərazidəki tullantılardan və torpaqdan istifadə etməklə həm ucuz, həm də estetik baxımdan cəlbedici binalar tikmək mümkündür.

Seçilən
14
50
konkret.az

10Mənbələr