AZ

Modriç əməliyyat olundu - Mundiala gedə biləcək?

"Milan" rəsmi saytında yarımmüdafiəçi Luka Modriçin vəziyyəti ilə bağlı məlumat yayıb. 

Fanat.Az xəbər verir ki, xorvatiyalı ulduz futbolçu ötən gün Milan klinikasında əməliyyat olunub. 

40 yaşlı futbolçunun sol yanaq sümüyünün sınığı səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyulub. 

"Milan"ın açıqlamasında deyilir: "Klub Modriçə dünya çempionatı öncəsi tez zamanda sağalmasını arzulayır". 

İtaliya mətbuatı Luka Modriçin bu mövsüm artıq "Milan"a kömək edə bilməyəcəyini xəbər verir. Lakin xorvatiyalı futbolçunun DÇ-2026-ya hazır olacağı gözlənilir. 

"Milan" hazırda A Seriyasında turnir cədvəlində üçüncü yerdədir.

Mirağa

Seçilən
26
fanat.az

1Mənbələr