AZ

Ermənistanda ordunun keçmiş kəşfiyyat zabiti həbs edildi

Rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın müttəfiqi və keçmiş hərbi kəşfiyyat zabiti Artur Avanesyan həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Keçmiş kəşfiyyatçı aprelin 26-da Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib.

Artur Avanesyan və partiyanın daha 9 üzvü barəsində iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar rüşvət vermək ittihamı ilə cinayət işi açılıb./Teleqraf 

Seçilən
3
17
bakivaxti.az

10Mənbələr