AZ

“Qarabağ” “Neftçi”yə şans, Sabah sürprizə imkan vermədi Tura baxış

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasının 29-cu turu “Neftçi”nin öz meydanında “Qarabağ”a böyük hesabla məğlub olmasıyla yadda qaldı. “Sabah” “Karvan-Yevlax” üzərində gözlənilən qələbəni qazanmaqla çempionluğa bir addım da yaxınlaşdı. “Turan Tovuz” doğma meydanda “Zirə”yə bata bilmədi. 

“İmişli” – “Sumqayıt” 0:2

Qollar: Aleksandr Ramalinqom, 34; 85.

“İmişli”: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 7. Luis Silvestr. 

Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 30. Xəlil Mürsəlli, 94. Rafael Vieqaş, 17. Ezekiel Morqan. 

Baş məşqçi: Jorje Kaşkilya. 

“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 11. Aleksa Yankoviç. 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 80. Keffel Resende. 

Baş məşqçi: Saşa İliç.

Son turlar uğurlu çıxış edən “İmişli” “Sumqayıt”la oyunda özünə bənzəmədi. Aran təmsilçisi Qubada keçirilən oyunda rəqibinə 0:2 hesabıyla məğlub oldu. “Sumqayıt”ın qolçusu görüşün taleyini təkbaşına həll etdi. 34 və 85-ci dəqiqədə məhz onun vurduğu qollar nominal qonaqlara qələbə qazandırdı. Hesab daha da böyük ola bilərdi. Amma Nikola Ninkoviç penaltini qola çevirə bilmədi. Onun sevinməsinə qapıçı Hüseynəli Quliyev imkan vermədi. 

Səfərdə vacib qələbə qazanan “Sumqayıt” 38 xalla 7-ci pillədə möhkəmlənib. “İmişli” 29 xalla 9-cu yeri tutur.

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1 

Qollar: Ömər Buludov, 76-avtoqol - İssuf Paro, 83

“Qəbələ”: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu. 

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde. 

Baş məşqçi: Kaxaber Tsxadadze. 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Şarl Boli. 

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko. 

Baş məşqçi: Andrey Demçenko.

“Qəbələ” doğma meydanda “Araz Naxçıvan”ı məğlub etməyə yaxın idi. Əyalət təmsilçisi xüsusiylə də ikinci hissədə rəqibindən üstün görünürdü. Elə gözəl kombinasiya nəticəsində vurulan və Ömər Buludovun adına avtoqol kimi qeyd edilən qol da oyunun məntiqi axarına uyğun idi. Amma bu üstünlüyü qorumaq mümkün olmadı. Paro 83-cü dəqiqədə gözəl zərbə ilə hesabı bərabərləşdirdi. Son dəqiqələrdə meydan sahibləri yenidən önə keçə bilərdi. Lakin bu epizodda top möcüzəvi şəkildə “çərçivə”yə getmədi. Əks halda “Araz Naxçıvan”ın qapıçısı Avram qolu müşahidə etməklə kifayətlənəcəkdi. 

Aktivinə 1 xal əlavə edən “Qəbələ” “Kəpəz”lə fərqi minimuma endirib. “Qırmızı-qaralar” 20 xalla 11-ci sıradadır. 6-cı pillədəki “Araz Naxçıvan”ın 40 xalı var.

“Şamaxı” – “Kəpəz” 2:0

Qollar: Rikardo Apolinario, 68. Andrey Tirkoveanu, 75

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz”: 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov

Baş məşqçi: Azər Bağırov

“Kəpəz” azarkeşlərini üzməkdə davam edir. Gəncə təmsilçisi “Qarabağ”ı məğlub etdikdən sonra xal üzünə həsrət qalıb. Bu dəfə “Şamaxı” “Kəpəz”i əliboş yola saldı. Görüşdə əsas hadisələr ikinci hissədə cərayan etdi. Əvvəlcə Ohorinin tora qovuşdurduğu top qol olaraq qeydə alınmadı. Hakimlər epizodun əvvəlində topun meydanı tərk etdiyini bildirdi. Sonra “söz demək növbəsi” “Şamaxı”ya çatdı. Meydan sahibləri 7 dəqiqə ərzində iki top vurmaqla görüşün taleyini həll etdilər. Həmin dəqiqələrdə “Şamaxı” o qədər üstün görünürdü ki, onların vurduğu qolları da gedişata uyğun hesab etmək ədalətli olar.

“Şamaxı” xalını 35-ə çatdırdı. Ayxan Abbasovun çalışdırdığı komanda 8-ci pillədə özünü rahat hiss edə bilər. 21 xallı “Kəpəz” üçün təhlükə davam edir. Komanda 10-cu yerdədir.

“Neftçi” – “Qarabağ” 1:5

Qollar: Elvin Bədəlov, 20 - Musa Qurbanlı, 9,32. Xoni Montiel, 38. Leandro Andrade, 68. E.Addai, 90+3.

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Xoni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo

Ehtiyat oyunçular: 89. Amin Ramazanov 97. Fabian Buntiç 77. Ramil Şeydayev 20. Kadi Borqes 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Qarabağ” “Neftçi”yə əsl şok yaşatdı. “Ağ-qaralar” “köhlən atlar”ın böhranda olduğunu düşünüb, bu qarşılaşmada qələbəyə ümid edirdilər. Amma “Qarabağ” yüksək səviyyəli oyun ortaya qoymaqla böhrandan söhbət belə gedə bilməyəcəyini göstərdi. Xüusən də Musa Qurbanlının parlaq oyunu Qurban Qurbanovu və “Qarabağ” azarkeşlərini sevindirməyə bilməz. İki qol vuran Musa “Neftçi”nin mübarizə əzmini zamanında qırmağı bacardı. 38-ci dəqiqədə hesabı 3:1-ə çatdıran Montiel “Qarabağ”ın qələbəsinə böyük töhvə verdi. Andrade ilə Addainin qolları isə səviyyə fərqinin göstəricisi sayılmalıdır.

59-cu xalını qazanan “Qarabağ” ikinci pilləni əldən vermək niyyətində olmadığını göstərdi. 44 xallı “Neftçi” isə beşincidir. Komanda çətin ki, ordan yuxarı qalxa bilsin.

"Turan Tovuz" – "Zirə" 1:1 

Qollar: Rəhim Sadıxov, 22. - Davit Volkov, 63.

"Turan Tovuz": 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 32. Hayderson Hurtado 19. Roberto Olabe 2. Mark Rene Mampassi

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 6. Fərid Yusifli 73. Ülvi Mədətov 60. Vüqar Bağırov 7. Xorxe Silva 8. David Tavareş

Baş məşqçi: Kurban Berdiyev

"Zirə": 97. Tiaqo Silva, 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Turan Tovuz” üçün “Zirə” ilə oyunun əhəmiyyəti böyük idi. Rəhim Sadıxov 22-ci dəqiqədə künc zərbəsindən havalandırılan topu qapıya göndərməklə meydan sahiblərini önə keçirdi. Amma elə birinci hissədə “Zirə” də qol vurdu. Baş hakim Rəvan Həmzəzadə VAR-ın da yardımıyla bu qolu qeydə almadı. VAR daha bir epizodda qonaqların penalti gözləntisini geri çevirdi. Bununla belə “Zirə” vacib qolu vurmağı bacardı. Volkov 63-cü dəqiqədə fərdi ustalığını bir daha nümayiş etdirib, qəsəbə təmsilçisini məğlubiyyətdən xilas etdi.

3-cü pilləni əldə saxlamaq üçün “Turan Tovuz”a bu 1 xal da kifayət etdi. Komandanın 56 xalı var. “Zirə” 46 xalla tovuzlulardan bir pillə geridədir.

"Sabah" – "Karvan-Yevlax" 2:0 

Qollar: Patrik Mbina, 49. Aaron Maluda, 55.

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 13. Vüsal Məsimov 17. Samir Abdullayev 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 16. Rauf Rüstəmli 20. Coy Sleyd Mikels 37. Mois Nqvisani 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov

“Karvan-Yevlax” birinci hissədə azlıqda qalmasına baxmayaraq, fasiləyə qədər qapısını toxunulmaz saxlaya bildi. Amma bundan artığını etmək mümkün olmadı. İkinci hissənin ilk 10 dəqiqəsində iki qol vuran “Sabah” favorit adını doğrultdu. Meydan sahibləri bu qələbə sayəsində çempionluğa doğru çox vacib addım atdı. “Karvan-Yevlax” isə səviyyə fərqinin öhdəsindən gələ bilməməsinə çox da üzülməməlidir.

Lider “Sabah” 72 xal toplayıb. Sonuncu pillədəki Yevlax təmsilçisinin isə aktivində 14 xal var.

Amal Abuşov

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
50
fanat.az

10Mənbələr