AZ

Mançester Yunayted öz meydanında qalib gəldi

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 34-cü turunda "Brentford" üzərində qələbə qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesab 11-ci dəqiqədə Kazemironun qolu ilə açılıb. Fasiləyə yaxın Benyamin Şeşko fərqlənərək üstünlüyü artırıb. Oyunun sonlarında Matiyas Yensen hesab fərqini azaltsa da, qonaqlar məğlubiyyətdən qaça bilməyib.

Bu qələbədən sonra "Mançester Yunayted" 61 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Brentford" isə 48 xalla 9-cu sıradadır.

Növbəti turda "qırmızı şeytanlar" 3 may tarixində "Liverpul"u qəbul edəcək, "Brentford" isə 2 mayda evdə "Vest Hem"lə qarşılaşacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
21
news.milli.az

10Mənbələr