
İran Mərkəzi Bankı Hörmüz boğazının təhlükəsizliyini təmin etmək məqsədilə gəmilərin keçidi üçün rüsumların toplanacağı dörd valyutada xüsusi hesablar açıb.
Bu barədə İran İslam Respublikasının parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi məlumat verib.
Onun sözlərinə görə, hesablar İran rialı, Çin yuanı, ABŞ dolları və avro valyutalarında açılıb. Qəbul edilən qərara əsasən, rüsumlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələri tərəfindən yığılacaq və həmin hesablara köçürüləcək.
Borucerdi qeyd edib ki, bu plan İran parlamentinin fəaliyyətinin bərpasından dərhal sonra təsdiqlənib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta