Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda şəhər ictimai dəmir yolunəqliyyatının inkişafına dəstək üzrə layihəni nəzərdən keçirir.
Bu barədə Trendbanka istinadən xəbər verir.
Maliyyələşmənin Xüsusi Texniki Yardım Fondundan 500 min ABŞdolları həcmində ayrılması nəzərdə tutulur.
Texniki yardım ilk növbədə, qismən AİB tərəfindən təxminən 1milyard ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdiriləcəkBakı Metropoliteninin genişləndirilməsi üzrə İnvestisiyaProqramının hazırlanmasına yönəldiləcək. Proqram çərçivəsində metroxəttinin davamının - uzunluğu 8,3 km olan tunellərin tikintisi vəbeş yeni stansiyanın inşası nəzərdə tutulur. Texniki yardım detallılayihələndirmənin vaxtında və hərtərəfli yoxlanılmasını, ekoloji vəsosial standartlara, eləcə də satınalma prosedurlarına riayətolunmasını təmin edəcək.
Bundan əlavə, texniki yardım vasitəsilə 2030-cu ildən sonrakıdövrdə şəbəkənin genişləndirilməsinin növbəti mərhələsininhazırlanmasında Bakı Metropoliteninə, eləcə təxmini dəyəri 1milyard ABŞ dollarına yaxın olan (ƏDV istisna olmaqla) altıinfrastruktur dəmir yolu layihəsini əhatə edən “Abşeron dairəvixətti” layihəsinin hazırlanmasında Azərbaycan Dəmir Yollarınadəstək göstəriləcək.
Azərbaycan hökuməti layihənin paralel maliyyələşdirmə formatında– hər bir institutdan təxminən 1 milyard ABŞ dolları olmaqla –maliyyələşdirilməsi üçün AİB və Asiya İnfrastruktur İnvestisiyaBankına müraciət edib. Gözlənilir ki, AİB rəqəmsallaşdırmakomponentini və metronun “bənövşəyi” xəttinin (beş stansiya daxilolmaqla) uzadılmasını maliyyələşdirəcək, AIIB isə depo tikintisini(1-ci mərhələ) və “yaşıl” xəttin (dörd stansiya daxil olmaqla)uzadılmasını maliyyələşdirəcək. Layihənin icra müddəti təxminənyeddi il təşkil edəcək.
Kredit layihəsi Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illər üçünDövlət Proqramının tərkib hissəsidir. Proqram paytaxtın nəqliyyatsisteminin modernləşdirilməsinə, iqtisadi inkişafınsürətləndirilməsinə və əhalinin həyat keyfiyyətinin, Bakı şəhərinin2040-cı ilədək Baş Planına uyğun olaraq, yüksəldilməsinəyönəlib.
Təklif olunan texniki yardım AİB-in əsas tələblərinin yerinəyetirilməsini, o cümlədən layihə həllərinin yoxlanılmasını,həmçinin ekoloji və sosial standartlara (A kateqoriyası) vəsatınalma prosedurlarına riayət olunmasını təmin edəcək.
Təklif olunan texniki yardım AİB-in əsas tələblərinin yerinəyetirilməsini, o cümlədən layihə həllərinin yoxlanılmasını,həmçinin ekoloji və sosial standartlara (A kateqoriyası) vəsatınalma prosedurlarına riayət olunmasını təmin edəcək.